Ulduz futbolçu səbirsizliklə “Qarabağ”la oyunu gözləyir 

saytların hazırlanması

Evə çatdırılma

Ulduz futbolçu səbirsizliklə “Qarabağ”la oyunu gözləyir 

İdman

02 Oktyabr 2023 12:23 624


İsveçin "Hekken" klubunun hücumçusu Edvard Çilufya "Qarabağ"la bu həftə keçirəcəkləri oyun barədə qısa fikirlərini bildirib. 

Yenisabah.az xəbər verir ki, o, bu barədə İsveç çempionatının oktyabrın 1-də AİK-a qalib gəldikləri görüşdən sonra danışıb. "Hekken" bu oyunda 2:0 hesabı ilə qələbə qazanıb və üçüncü pillədəki mövqeyini (25 oyun, 50 xal) möhkəmləndirib. Matçda hər iki qolu məhz Zambiya millisinin 24 yaşlı hücumçu Edvard Çilufya vurub. 

Çilufya oyundan sonra jurnalistlərə bildirib ki, onlar qarşıdakı oyuna ("Qarabağ"la matça) hazırdırlar.  pizza

"Mən səbirsizliklə növbəti oyunumuzu gözləyirəm. Bu, hər bir futbolçumuz üçün vacib matçdır" - deyə Edvard Çilufya qeyd edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!