Ulduz müğənni fanatına 3 min dollar göndərdi

saytların hazırlanması

Evə çatdırılma

Ulduz müğənni fanatına 3 min dollar göndərdi

Şou

28 Mart 2020 13:33 1017


Dünyaca tanınmış müğənni Teylor Svift fanatına maddi dəstək olub. 

Yenisabah.az xarici mətbuata istinadən xəbər verir ki, müğənni koronavirusa görə karantin elan edildikdən sonra maddi sıxıntı çəkən fanatına dəstək olub. 

Bu haqda Samanta Ceykobson adlı qadın sosial şəbəkədə məlumat verib. O, yaranan vəziyyətə etiraz edərək "İş yox, pul yoxdur, hesabları ödəmək üçün heç bir yol yoxdur" deyəndən sonra Teylor Svift ona 3000 dollar pul yollayıb. Sezar pizza

"Şokdayam. Dilim tutuldu. Uzun müddət hörmət etdiyim və sevdiyim birinin bu qədər səxavətli olduğuna inana bilmədim" – deyə qadın bildirib. 

O, bu məbləğlə 3 aylıq kirayə pulunu ödəyə biləcəyini deyib. 

Qeyd edək ki, ulduz bundan öncə də ehtiyacı olan çox insana yardım əlini uzadıb. O, həmçinin koronavirusla mübarizə üçün 5 milyon dollar ianə edib.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!