Türkiyəli müğənni Yıldız Tilbe yeni biznesə başlamağa qərar verib.
Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, pandemiya dövründə Kuşadasındakı ferma ərazisində məskunlaşan Yıldız Tilbe özü hazırladığı süd məhsulları bəyənildikdən sonra müqavilə imzalayıb.
Yıldız Tilbe indiyə qədər təsərrüfatından qazandığı pulla Kuşadasının müxtəlif bölgələrindən sahələr alıb və Yaylaköydə böyük bir ferma qurub. pizza hut
Əvvəlcə süd məhsullarını qohumlarına, tanışlarına paylayan müğənniyə şirkətlərin birindən gözlənilmədən təklif gəlib. Təklifi qəbul edən ifaçının adını daşıyan pendir və süd məhsullarının yazda satışa çıxarılacağı bildirilir.
Qeyd edək ki, bu hadisədən sonra Kuşadasındakı əmlak agentlikləri Yıldız Tilbenin fermasına yaxın olan evləri iki qat baha satmağa başlayıblar.
Telegram kanalımız