“Ulu Öndər Kuboku”: Daha bir rayon komandası yarımfinalda 

saytların hazırlanması

Evə çatdırılma

“Ulu Öndər Kuboku”: Daha bir rayon komandası yarımfinalda 

İdman

25 Aprel 2023 12:24 781


Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi "Mədinə" Humanitar Yardım Təşkilatı ictimai birliyi, Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyası, "Fencing" İdman Klubu və "Difai" Futbol Klubunun təşkilatçılığı ilə "Müharibə iştirakçılarının cəmiyyətə inteqrasiyası və sosial vəziyyətinin yaxşılaşdırılması" layihəsi davam edir.

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Ulu Öndər Kuboku" yarışının üçüncü oyunu İsmayıllı rayonunun Olimpiya İdman Kompleksinin stadionunda, müharibə iştirakçıları və qazilərinin cəlb olunması, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Dövlət Agentliyinin dəstəyi ilə yaradılmış yeni "Diiai" (İsmayıllı) və "Difai" (Xocalı) komandaları arasında keçirilib.

Tədbirdə "Mədinə" Humanitar Yardım Təşkilatı ictimai birliyi, "Difai" Futbol Klubu, İsmayıllı Rayon icra hakimiyyəti, Gənclər və İdman idarəsi, Yeni Azərbaycan Partiyasının İsmayıllı rayonu təşkilatının sədri, İsmayıllı Olimpiya İdman Kompleksinin rəhbərliyi, mətbuat nümayəndələri, müharibə iştirakçıları, qazilər, şəhid ailələri və azarkeşlər iştirak edib. Sezar pizza

Tədbir şəhidlərimizin ruhunun bir dəqiqəlik sükut ilə yad edilməsi və Azərbaycan Respublikasının Dövlət himninin səslənməsiylə başlanıb.

Çıxış edənlər cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən Müharibəsində qazanılmış tarixi qələbədən danışıb.

Başda cənab Prezident İlham Əliyev olmaqla, Prezident Administrasiyasına, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə müharibə iştirakçıları və qazilərə göstərdikləri diqqət üçün təşəkkürlər bildiriblər.

Onlar müharibə qəhrəmanları olan gənclərimizin sağlam həyatın təbliği və idman arenasında göstərəcəkləri uğurların önəmini vurğulayıblar.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!