Ülviyyə Fətəliyeva Avropa çempionu oldu 

saytların hazırlanması

Evə çatdırılma

Ülviyyə Fətəliyeva Avropa çempionu oldu 

İdman

29 Aprel 2024 17:06 538


Yunanıstanın Rodos adasında təşkil edilən qadın şahmatçılar arasında Avropa çempionatında 10-cu turun oyunları keçirilir. 

Yenisabah.az xəbər verir ki, yarışı yüksək səviyyədə keçirən azərbaycanlı şahmatçı Ülviyyə Fətəliyeva son turda qara fiqurlarla Gürcüstan şahmatçısı Nino Batsiaşvili ilə heç-heçə oynayıb. 

Beləliklə 10 turda ümumilikdə 8,5 xal toplayan Ü.Fətəliyeva rəqibləri üçün əlçatmaz olub və Avropa çempionatının qızıl medalına layiq görülüb.  Marqarita pizza

Qeyd edək ki, Avropa Şahmat İttifaqı tərəfindən qadınlar arasında şəxsi Avropa çempionatı 2000-ci ildən təşkil olunur. Ülviyyə Fətəliyeva şəxsi qitə çempionatında qızıl medal qazanan ilk azərbaycanlı xanım şahmatçı kimi tarixə düşüb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!