Ülviyyə Xəlilbəyli: Onları rəzil edəcəyəm - Video

saytların hazırlanması

Evə çatdırılma

Ülviyyə Xəlilbəyli: Onları rəzil edəcəyəm - Video

Şou

27 Mart 2024 10:22 1141


“Nərimanov ərazisində yerləşən yanacaqdoldurma məntəqəsi var. Nə qədər saxtakar, yalançıdırlar. Hər dəfə yanacağı verdiyim məbləğə görə vurmurlar. Hər dəfə belə edirlər. Başqa yerdə eyni məbləğə yanacaq doldururam, bilirəm ki, xətt harada dayanmalıdır. Bunlar isə hər dəfə mənə “atırlar”.

Yenisabah.az xəbər verir ki, bu sözləri aktrisa Ülviyyə Xəlilbəyli bildirib.

Sosial şəbəkə hesabında bu haqda yazan sənətçi yanacaqdoldurma məntəqəsində hər dəfə  aldadıldığını iddia edib: Sezar pizza

“Özü də elə danışırlar ki, sanki borcum var. Deyir, sürün-sürün, bizim şlanqımız qısadır, çatmır. Elə bir yerə aparır ki, artıq yanacaqdoldurma məntəqəsindən çıxıram və heç bir monitoru görmürəm. 7-8 dəfə bu hal təkrarlanıb.

Maşından enib monitora baxmağa utanıram. Bir dəfə əsəbi vəziyyətimə düşdü. Utanmadan rahat bir şəkildə işçiyə dedim ki, verdiyim məbləğə uyğun vurmasan, dava salacağam. Hər dəfə burada məni aldadırlar. Mən key deyiləm, sadəcə abır-həya edirəm. Bundan istifadə etməyin. Gərək, hər dəfə mən bunu xatırladım sizə ki, saxtakarlıq etməyəsiniz?! Bilmirəm, bunlar tək xanımlara belə edirlər, yoxsa hər kəsə. Buranın adını çəkmirəm. Amma növbəti dəfə, yenə təkrarlansa, onları rəzil edəcəyəm!”

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!