Umayra Tağıyeva: Mənfi təsirləri gələcəkdə görəcəyik

saytların hazırlanması

Evə çatdırılma

Umayra Tağıyeva: Mənfi təsirləri gələcəkdə görəcəyik

Sosial

29 Sentyabr 2025 13:25 515


İqlim dəyişikliyi reallıqdır, gələcəkdə bunun mənfi təsirlərini görmək mümkün olacaq.

Yenisabah.az report-a istinadla xəbər verir ki, bunu Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva Bakı İqlim Fəaliyyəti Həftəsində (BCAW2025) çıxışı zamanı deyib.

Onun sözlərinə görə, artıq dünya ölkələri adaptasiya mərhələsinə keçməlidir: Marqarita pizza

"Azərbaycanın iqlim dəyişiliyi ilə bağlı adaptasiya planı var. Bu məsələ COP29-da da müzakirə edildi. Adaptasiya hədəflərində innovasiyalardan, müasir texnologiyalardan istifadə edilməlidir. Bəzi hallarda ekosistemə əsaslanan hədəflər daha effektiv nəticələr verə bilər".

Nazir müavini bildirib ki, Azərbaycan iqlim sahəsində BMT Baş katibliyi ilə əməkdaşlıq edir, texniki dəstək alır:

"Azərbaycan iqlim dəyişikliyinin qarşısını almaq üçün daha çox layihələr hazırlayacaq və beynəlxalq məkana töhfə verməyə çalışacaq".

U.Tağıyeva Xəzəryanı ölkələrin iqlim dəyişikliyi ilə mübarizədə bərabər fəaliyyətinə də diqqət çəkib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!