Umerov ABŞ-də “sülh planı”nı müzakirə edəcək

saytların hazırlanması

Evə çatdırılma

Umerov ABŞ-də “sülh planı”nı müzakirə edəcək

Dünya

30 Noyabr 2025 10:04 549


Ukrayna nümayəndə heyəti bu gün ABŞ-də “sülh planı”nı müzakirə edəcək.

"Yeni Sabah" politico-ya istinadla xəbər verir ki, Ukraynanın milli təhlükəsizlik və müdafiə şurasının katibi Rustem Umerovun rəhbərlik etdiyi Ukrayna nümayəndə heyəti ABŞ-dən olan vəzifədaşları ilə görüşəcək.

Volodimir Zelenski danışıqlar aparacaq heyət qarşısında aydın bir vəzifə qoyub — müharibənin dayandırılması üçün lazım olan addımları operativ və konkret şəkildə işləyib hazırlamaq. pizza mizza

Bu tapşırığın icrası üçün ukraynalı rəsmilər Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və Trampın kürəkəni Cared Kuşnerlə görüşəcəklər.

Ukrayna nümayəndə heyətində Umerovla yanaşı, Ukrayna kəşfiyyatının rəhbəri Kirill Budanov və Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Andrey Qnatov da olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!