Umerov: Zelenski ilə Trampın ABŞ-də görüşəcəyini gözləyirik

saytların hazırlanması

Evə çatdırılma

Umerov: Zelenski ilə Trampın ABŞ-də görüşəcəyini gözləyirik

Dünya

25 Noyabr 2025 15:12 493


Ukrayna hakimiyyəti Volodimir Zelenski ilə Donald Tramp arasında noyabrda görüş keçirəcəyini gözləyir.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının (UTMŞ) katibi Rustem Umerov sosial şəbəkə hesabında yazıb.

“Son mərhələləri başa çatdırmaq və prezident Trampla razılığa gəlmək üçün noyabrda, mümkün qədər ən tez zamanda Ukrayna Prezidentinin ABŞ-yə səfərini gözləyirik”, - Umerov bildirib. Toyuqlu pizza

O qeyd edib ki, Ukrayna və ABŞ nümayəndə heyətləri arasında Cenevrədə keçirilən məhsuldar və konstruktiv görüşləri, eləcə də prezident Trampın müharibəyə son qoymaq üçün davamlı səylərini yüksək qiymətləndirir.

Umerovun sözlərinə görə, nümayəndə heyətləri Cenevrədə müzakirə edilən razılaşmanın əsas şərtləri ilə bağlı ümumi razılığa gəliblər. Ukrayna indi növbəti addımlarında avropalı tərəfdaşlarının dəstəyinə ümid edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!