“Ümid sonda ölür, amma faktlara fikir verməliyik” - Canni De Byazi

saytların hazırlanması

Evə çatdırılma

“Ümid sonda ölür, amma faktlara fikir verməliyik” - Canni De Byazi

İdman

06 Sentyabr 2021 19:12 961


"Maksim Medvedev və Anton Krivotsyuk oynamayacaq. Düşünürəm ki, sabah meydana Dublindəki heyətə yaxın "11-lik" çıxacaq".

Yenisabah.az xəbər verir ki, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Bakıda Portuqaliyaya qarşı keçirəcəkləri 2022-ci il dünya çempionatının seçmə oyunundan öncə mətbuat konfransında deyib.

İtaliya mütəxəssis bildirib ki, ümid sonda ölür: "Amma biz daha çox faktlara fikir verməliyik. FIFA reytinqində 47-ci yerdə gedən komandaya qarşı yaxşı oynadıq. Baxımlı oyun göstərdik. İntensivliyi 90 dəqiqə qorumalıyıq". Marqarita pizza

65 yaşlı baş məşqçi son iki matçda meydana fərqli start heyəti buraxmasının səbəbini açıqlayıb: "Bu sualın cavabı çox asandır. Avqustun 25-dən məşq edirdik. Ayın 30-da ölkə xaricində oynayan futbolçular bizə qoşuldu. Onları ikinci hissəyə saxlamışdıq. Fikrimcə, Lüksemburqa qarşı ilk hissədə pis oynasaq da, ikinci yarıda oyunumuzu tapdıq. Heç-heçə edə bilərdik".

Qeyd edək ki, sentyabrın 7-də Bakı Olimpiya Stadionunda oynanılacaq Azərbaycan - Portuqaliya matçı saat 20:00-da start götürəcək./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!