“Ümid var idi ki, əsirlər qayıdacaq” - Simonyan

saytların hazırlanması

Evə çatdırılma

“Ümid var idi ki, əsirlər qayıdacaq” - Simonyan

Rəsmi

10 Aprel 2021 00:56 1148


Ermənistanın parlament sədrinin müavini Alen Simonyan “hərbi əsirlər” adlandırdıqları terrorçularla bağlı ajiotajdan danışıb.

Yenisabah.az Musavat.com-a istinadla xəbər verir ki, onun sözlərinə görə, Azərbaycandan əsirlərin qaytarılacağı barədə razılıq olmayıb.

“Sadəcə ümid var idi ki, budəfəki reys özü ilə yaxşı xəbər gətirəcək və biz əsirləri qarşılayacağıq”, - vitse-spiker deyib. Sezar pizza

Simonyanın sözlərinə görə, onlar həmişə gözləyirlər ki, bu uçuşlar zamanı əsirlər də gətiriləcək. Vitse-spiker əlavə edib ki, Ermənistanda heç bir yüksək çinli rəsmi şəxs əsirlərin qaytarıldığı bəyanatı ilə çıxış etməyib.

Qeyd edək ki, aprelin 8-də Ermənistanda “əsir”lərin qaytarıldığı barədə ajiotaj yaşanmışdı və xeyli insan aeroporta toplaşmışdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!