Ümrə mövsümü başladı

saytların hazırlanması

Evə çatdırılma

Ümrə mövsümü başladı

Maraqlı

14 İyul 2022 15:49 811


Səudiyyə Ərəbistanı Həcc ziyarətləri bitdikdən sonra Ümrə ziyarətləri üçün viza müraciətlərinin bu gündən etibarən qəbul ediləcəyini açıqlayıb.

Yenisabah.az xəbər verir ki, Səudiyyə Ərəbistanı Həcc və Ümrə Nazirliyindən verilən açıqlamaya görə, Ümrə üçün Məkkəyə və Məscidi Nəbəvini ziyarət etmək istəyənlər bütün ölkələrdən müraciət edə bilərlər.

30 iyul 2022-ci il tarixindən etibarən həm ölkə daxilindən, həm də xaricdən Ümrə ziyarətləri ediləcək. Toyuqlu pizza

Səudiyyə Ərəbistanından Ümrə etmək istəyənlər onlayn müraciət edə bilərlər.

COVID-19 epidemiyası səbəbindən 2020-2021-ci illərdə xaricdən zəvvar qəbul etməyən Səudiyyə Ərəbistanı bu il həcc mövsümündə ölkə daxilində və xaricdən ümumilikdə bir milyon ziyarətçi qəbul edəcəyini açıqlayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!