Ümumtəhsil müəssisələrində yeni dərsliklər tədris olunacaq

saytların hazırlanması

Evə çatdırılma

Ümumtəhsil müəssisələrində yeni dərsliklər tədris olunacaq

Sosial

28 Avqust 2025 18:15 397


Yeni tədris ilində ümumtəhsil müəssisələrində Təhsil İnstitutunun təşkilatçılığı ilə hazırlanan yeni dərsliklər tədris olunacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə Təhsil İnstitutundan (ARTİ) bildirilib.

ARTİ tərəfindən hazırlanan bu dərsliklər ümumtəhsil müəssisələrində tədrisin keyfiyyətinin yüksəldilməsi, müasir təlim yanaşmalarının tətbiqi və şagirdlərin biliklərinin daha sistemli formalaşdırılması məqsədini daşıyır. Dördpendirli pizza

2025-2026 -cı tədris ilində istifadəyə veriləcək yeni dərsliklər:

8-ci sinif – Kimya, Fizika, Biologiya (Azərbaycan və rus bölməsi üçün)

7-ci sinif – Coğrafiya (Azərbaycan və rus bölməsi üçün)

6-cı sinif – Riyaziyyat, Azərbaycan dili (tədris dili), Математика, Azərbaycan dili (dövlət dili), Game changer (ingilis dili)

3-cü sinif – Həyat bilgisi (azərbaycan və rus bölməsi üçün)

Yeni kurikulumlar əsasında yeni dərsliklərin hazırlanması prosesi bu il də davam edir.

Yeni kurikulumlar əsasında hazırlanan aşağıdakı dərsliklər ilkin sınaq məqsədilə pilot siniflərdə istifadəyə veriləcək:

9-cu sinif – Kimya, Fizika, Biologiya, Coğrafiya

8-ci sinif – Coğrafiya, Riyaziyyat, Azərbaycan dili (tədris dili)

7-ci sinif – Riyaziyyat, Azərbaycan dili (tədris dili), Математика, Azərbaycan dili (dövlət dili), Game changer (ingilis dili),

4-cü sinif – Həyat bilgisi

Qeyd edək ki, bu ildən etibarən tədrisi digər dillərdə aparılan 5-ci və 6-cı siniflərdə "Azərbaycan tarixi" fənni Azərbaycan dilində tədris ediləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!