"Ermənistanla İran arasında heç bir anlaşılmazlıq yoxdur".
Yenisabah.az “Mehr News”a Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vahan Unanyan deyib.
Onun sözlərinə görə, Ermənistanla İran arasında çox qədim tarixi əlaqələr var. Sezar pizza
V. Unanyan İranı Ermənistanın əsas tərəfdaşı adlandıraraq, bu əlaqələrin bütün sahələrdə möhkəmlənməsinə ümid etdiyini bildirib: “İranla hər hansı anlaşılmazlığımız olduğunu düşünmürəm”.
XİN sözçüsü əlavə edib ki, İrəvan və Tehran əksər məsələlərdə fikir ayrılığına düşmürlər. Nəticədə iki ölkə arasında münasibətlər gələcəkdə daha da möhkəmlənəcək, erməni diplomat qeyd edib.
O, Azərbaycanla münasibətlərə dair sualı cavablandırarkən qeyd edib ki, “Ermənistan Cənubi Qafqaz regionunda sülhün bərqərar olmasına çalışır. Bununla bağlı biz Azərbaycan tərəfi ilə danışıqlara başlamışıq, lakin Bakı danışıqlarda daim maksimum tələblər irəli sürür”.
Unanyan vurğulayıb ki, bütün problemlər danışıqlar masası arxasında həll edilməlidir.
Telegram kanalımız