UNEC ABŞ universiteti ilə ikili diplom proqramına başlayır

saytların hazırlanması

Evə çatdırılma

UNEC ABŞ universiteti ilə ikili diplom proqramına başlayır

Sosial

21 İyun 2019 08:50 1575


Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) magistrləri ABŞ-ın Linkoln Universiteti (LU) ilə ikili diplom proqramı vasitəsilə “Ümumi MBA” və “Beynəlxalq Biznes” ixtisasları üzrə magistr diplomu əldə edə biləcəklər.

“Yeni Sabah” xəbər verir ki, magistrlər təhsilin 1-ci ilinin payız, yaz və yay semestrlərini Amerika Birləşmiş Ştatlarında, LU-da keçirəcəklər. Linkoln Universitetindəki 7 əsas və 2 seçmə fənləri götürərək müvafiq şərtlər əsasında 4 + 4 + 1 və ya 4 + 3 + 2 üsulu ilə təhsil alacaqlar.

Linkoln Universitetində təhsillərini davam etdirərkən, tələbələr öz tədqiqat layihəsi mövzusunu və rəhbərlərini seçəcəklər (birini Linkoln Universitetindən, digərini isə UNEC-dən). Bu, birgə tədqiqat layihəsi olacaqdır. Tələbələr üçüncü və dördüncü semestrlərini tamamlamaq üçün UNEC-də fənlərin qalanını götürəcəklər. Tələbələr birgə tədqiqat layihəsini bitirəcək və UNEC-də müdafiə edəcəklər. pizza mizza

Proqramı müvəffəqiyyətlə başa vuran tələbələr UNEC diplomu ilə yanaşı, Linkoln Universitetinin diplomunu da əldə edəcəklər. Təhsil ingilis dilindədir. Amerikada təhsil müddətində magistrlər işləmək hüququ əldə edəcəklər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!