Universitet müəllimi koronavirusdan vəfat etdi - Foto

saytların hazırlanması

Evə çatdırılma

Universitet müəllimi koronavirusdan vəfat etdi - Foto

Hadisə

04 Dekabr 2020 20:14 1189


Azərbaycan Texniki Universitetinin (AzTU) Azərbaycan dili və pedaqogika kafedrasının dosenti Nailə Mirzəyeva 55 yaşında koronavirusdan vəfat edib.

Yenisabah.az xəbər verir ki, bu barədə universitetin mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, Nailə Mirzəyeva 1992-ci ildə Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsini fərqlənmə ilə bitirib. Elə həmin ildən AzTU-da işə qəbul olunub. Azərbaycan dili  və pedaqogika kafedrasında laborant, böyük laborant, müəllim, baş müəllim vəzifələrində çalışan Nailə Mirzəyeva 2014-cü ildə filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb. pizza

O, 2018-ci ildən Azərbaycan dili və pedaqogika kafedrasının dosenti idi. 40-a qədər elmi-metodiki əsərin, o cümlədən 1 monoqrafiya, 1 dərs vəsitinin müəllifi olub. 

AzTU-nun rəhbərliyi və kollektivi Nailə Mirzəyevanın vəfatından kədərlənir, ailəsinə səbr diləyir.

Allah rəhmət eləsin!


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!