Universitetin adı dəyişdirildi - Əsədov qərar imzaladı

saytların hazırlanması

Evə çatdırılma

Universitetin adı dəyişdirildi - Əsədov qərar imzaladı

Rəsmi

14 May 2024 16:42 3013


Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası yenidən təşkil edilir.

Yenisabah.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, təhsil müəssisəsi Gənclər və İdman Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Azərbaycan İdman Akademiyasına çevrilmə yolu ilə yenidən təşkil olunur. Dördpendirli pizza

Qərarla “Azərbaycan İdman Akademiyasının Nizamnaməsi” təsdiqlənib.

Gənclər və İdman Nazirliyi bu Qərar qüvvəyə mindiyi tarixdən üç gün müddətində Azərbaycan İdman Akademiyasının “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanuna uyğun olaraq dövlət qeydiyyatına alınması üçün zəruri tədbirlərin görülməsini təmin etməlidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!