Unudulmaz tarix Xocalı-33 

saytların hazırlanması

Evə çatdırılma

Unudulmaz tarix Xocalı-33 

Mədəniyyət

26 Fevral 2025 17:29 900


25.02.2025 ci il tarixində  Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı anım tədbiri keçirildi.

Tədbirin məqsədi 1992-ci il fevralın 26-da baş vermiş faciəni xatırlamaq, Şəhidlərin xatirəsini anmaq və bu tarixi hadisələrdə yarımçıq qalan ömürləri yad etmək idi.

Tədbir Vətən uğrunda həlak olan Şəhidlərimizi bir dəqiqəlik sükut və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Daha sonra Xocalı soyqırımının dəhşətlərini əks etdirən slaydlar nümayiş olundu. Video görüntülərlə yanaşı tarixdə ağır faciəni əks etdirən nəzəri çıxışlar da diqqəti cəlb etdi. Tarixi faktlar və şahidlərin xatirələri təqdim edildi, faciənin beynəlxalq aləmdə tanınması və onun nəticələri barədə ətraflı məlumat verildi. Dominos pizza

Musiqi hissəsində faciənin ağrısını və hüznünü ifadə edən əsərlər səsləndirildi. Anım tədbirində məktəbin kamança ixtisası üzrə müəllimi Elnur Məmmədov, tar müəllimi Samir Əsədli, şagirdlərdən ibarət simli kvintet (bədii rəhbər: Əməkdar artist V.İmanov), məktəbin fortepiano ixtisasında təhsil alan F.Abdullayeva (müəllim N.Hüseynova) M.Qədimzadə(müəllim Əməkdar artist N.Məlikova) və məktəbin rəqs şöbəsinin şagirdləri (bədii rəhbər: Səbinə İsmayılova) çıxış etdilər.

Məktəbin direktoru sənətşünaslıq doktoru, professor Könül Hüseynova gənclərə Xocalı soyqırımının unudulmaması və gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğuladı. Tədbirin təşkilatçısı və aparıcısı sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Minaxanım Babayeva Xocalı hadisələrini məntiqi ardıcıllıqla işıqlandıraraq sonda müzəffər ordumuzun parlaq qələbəsini vurğuladı, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi və ölkəmizin suverenliyi uğrunda mübarizədə əldə edilən qələbədən bəhs etdi. Xocalı soyqırımının tanınmasında Ümummilli lider Heydər Əliyevin əvəzolunmaz rolunun olduğunu bildirdi və Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin düşmən üzərində parlaq zəfərini maraqlı çıxış və video görüntü ilə təqdim etdi. Tədbir iştirakçıları Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiramlarını bildirdilər və belə faciələrin bir daha təkrarlanmaması üçün hər kəsin üzərinə düşən məsuliyyəti dərk etməsinin vacibliyini vurğuladılar. 

Q.Qarayev adına Mərkəzi İncəsənət  Məktəbinin nəzəriyyə ixtisası üzrə müəllimi, dosent Minaxanım Babayeva


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!