Unun bahalaşması çörəyin qiymətinə necə təsir edəcək?

saytların hazırlanması

Evə çatdırılma

Unun bahalaşması çörəyin qiymətinə necə təsir edəcək?

İqtisadiyyat

23 May 2024 01:36 1181


Unun bahalaşması ilə şirniyyat qiymətlərinin artacağı iddia olunub.

Xezerxeber.az-ın məlumatına görə, topdansatış mərkəzlərində satılan 50 kiloqramlıq un kisəsinin qiymətində təxminən iki manata yaxın artım olub.

Sahibkarlar unun bahalaşmasının un məmulatlarının qiymətinə təsir etməyəcəyini bildiriblər. Pepperoni pizza

Onlar qeyd ediblər ki, un məmulatlarının qiymətinin artması şirniyyatların hazırlanması zamanı istifadə edilən digər xammal məhsullarının qiymətindən asılıdır.

İqtisadçı Fuad İbrahimov isə bildirib ki, unun qiymətində artım tendensiyası müşahidə olunsa da, çörəyin bahalaşması gözlənilmir.

İqtisadçı onu da əlavə edib ki, bazarda olan əksər sahibkarlar un tədarükünü aylıq olaraq təmin edirlər:

"Ümumilikdə isə, unun qiymətində növbəti artım gözlənilmir".

Ekspertlər hesab edirlər ki, gələn aydan ölkədə taxıl biçinin başlaması da bazara müsbət təsir edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!