Ünvanlı sosial yardım alanların sayı 84 mini keçdi

saytların hazırlanması

Evə çatdırılma

Ünvanlı sosial yardım alanların sayı 84 mini keçdi

Sosial

24 İyun 2020 17:24 782


Aztəminatlı ailələrə dövlət dəstəyinin gücləndirilməsi tədbirləri çərçivəsində ünvanlı dövlət sosial yardımı proqramının əhatə dairəsi getdikcə genişləndirilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Yenisabah.az-a verilən məlumata görə, bu yardımı alan ailələrin sayı təkcə iyun ayında 1 000-dən çox ailə artaraq 84 100-ə çatıb. 

Həmin ailələrdə ümumilikdə 350 mindən çox ailə üzvü var. Hər ailəyə düşən yardımın orta aylıq məbləği 225 manatdan çoxdur. Sezar pizza

Xatırladaq ki, yeni qərarla sosial dəstək tədbirlərindən biri kimi xüsusi karantin rejimi müddətində ünvanlı dövlət sosial yardımının təyin olunma müddəti bitən aztəminatlı ailələrə də bu yardımın verilməsi müddəti uzadılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!