Ünvanlı sosial yardım almaq istəyənlərin nəzərinə –   Qanun dəyişdirilir

saytların hazırlanması

Evə çatdırılma

Ünvanlı sosial yardım almaq istəyənlərin nəzərinə – Qanun dəyişdirilir

Sosial

11 May 2020 10:57 2482


Azərbaycanda ünvanlı sosial yardım almaq üçün maraciət etmək prosedurları asanlaşacaq.

Yenisabah.az-ın məlumatına görə, bununla bağlı “Ünvanlı dövlət sosial yardımı” haqqında qanuna dəyişiklik təklif edilir.

Layihəyə əsasən, bundan sonra ünvanlı sosial yardım almaq istəyən vətəndaş barədə heç də bütün məlumatlarla bağlı dəyişikliklərin təqdim edilməsinə zərurət yoxdur. pizza

Yəni, elektron sistemdə olan məlumatlarda dəyişiklik olursa, vətəndaş tərəfindən onun yenidən təqdim olunmasına ehtiyac qalmayacaq.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov saytımıza deyib ki, bununla belə, elektron sistemə daxil olmayan məlumatlarda dəyişiklik olarsa, vətəndaş bununla bağlı müvafiq icra qurumunu məlumatlandırmalıdır.

“Bu cür məlumatlandırmaq üçün isə müddət 5 gündən 15 günədək müəyyənləşdirilir”, - deyə V.Bayramov əlavə edib.

Deputatın sözlərinə görə, layihədə ailə tərkibi ilə bağlı informasiyaların təqdim edilməsi ilə bağlı prosedurların təkmilləşdirilməsi də nəzərdə tutulur.

“Qanuna təklif edilən dəyişikliklər ümumilikdə, ünvanlı sosial yardım proqramının təkmilləşməsinə xidmət edir. Dəyişikliklər aztəminatlı ailələrin ünvanlı sosial yardım proqramına çıxış imkanlarının daha da genişləndirilməsinə nail olmağa hesablanıb”.

Qeyd edək ki, adıçəkilən qanuna dəyişikliklər parlamentin Əmək və sosial siyasət komitəsinin mayın 12-də keçiriləcək iclasında birinci oxunuşda müzakirəyə çıxarılacaq. /Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!