“Ürəyim partlayır, əziyyət çəkirəm, depressiyaya düşürəm”   – Tanınmış ifaçı + Video

saytların hazırlanması

Evə çatdırılma

“Ürəyim partlayır, əziyyət çəkirəm, depressiyaya düşürəm” – Tanınmış ifaçı + Video

Şou

08 İyun 2020 14:24 1860


Tanınmış klarnet ifaçısı Hüseyn Məmmədoğlu "ATV maqazin onlarla" verilişində qonaq olarkən göz yaşlarını saxlaya bilməyib. 

Yenisabah.az xəbər verir ki, uşaqlığının çətin keçməsindən danışan aktyor kövrəlib: “1996-cı ildə atamı itirəndə pis vəziyyətdə idik. Bizə mal-mülk qoymadı, ancaq mənə sənət verdi. Bu sənət də məni qaldırdı. Bir taxta parçası məni haralara gətirib çıxardı. Nə bilərdim ki, illər sonra böyük kanalda kamera qarşısında müsahibə verəcəm. Kim idim ki: kasıbçılıqla böyüyən, küçələrdə atdanıb-düşən adi bir uşaq. Elə şeylər var ki, mənə toxunur, ürəyim partlayır, çox əziyyət çəkirəm. Depressiyaya düşürəm, özümə qapanıram”. 

Daha sonra sənətçi bu gün qazanıb övladlarının yaxşı yaşaması üçün hər şeyi etdiyini bildirib.  pizza

Həmin görüntüləri təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!