“Ürəyimdə deyirəm ki, bu özünü niyə bu günə salır“ - Elza Xatunu “yıxıb-sürüdü“ + Video

saytların hazırlanması

Evə çatdırılma

“Ürəyimdə deyirəm ki, bu özünü niyə bu günə salır“ - Elza Xatunu “yıxıb-sürüdü“ + Video

Şou

14 İyun 2020 16:44 2090


“ATV Maqazin 10larla” proqramında “33 sual” rubrikasının növbəti qonağı Əməkdar artist Elza Seyidcahan olub. 

Yenisabah.az xəbər verir ki, daim maraqlı və qalmaqallı açıqlamaları ilə gündəm yaradan müğənni yenə də adəti üzrə davranıb.

Sənətçi hazırda evlərində heç kimin maaş almadığını və "borc içində üzdüyünü" etiraf edib. Dominos pizza

“Dövlətin də dövlətə borcu var. Banka borcum var. Avtomobilim belə kreditdədir. Heydər Əliyev Sarayında konsert verdim. Konsertin üzərindən aylarla vaxt keçsə də, hələ də borclarımı bağlaya bilməmişəm. Bir manat da olsun pul qazanmadım, amma 70 min manat konsertə xərcim çıxdı”.

Elza Seyidcahan plastik əməliyyat etdirən həmkarlarına da söz atıb: “Heyfsilənirəm ki, sənətçilər sənətlərinin yox bədənlərinin üstünə düşürlər. Bütün günü bədənini doğrayıb, kəsdirir. Başı da ki boşdur”.

Əməkdar artist müğənni Xatuna onu parodiya etdiyi üçün sərt ismarıc göndərib: “Parodiyanı məndən istifadə etmək xatirinə edir. “Toydan toy tutmaq” məsələsi. Xatun mənim yaradıcılığımı gülüş kimi qələmə verir. Onların gününə ağlayıram. Ürəyimdə deyirəm ki, bu özünü niyə bu günə salır. Deyirəm ki, kaş mən də bunlara gülə bilərdim. Amma gülə bilmirəm, çünki gülməli deyillər, ağlamalıdırlar”.

Daha ətraflı videomaterialdan izləyə bilərsiniz: 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!