Urmiya gölü qurudu - NASA görüntüləri yaydı

saytların hazırlanması

Evə çatdırılma

Urmiya gölü qurudu - NASA görüntüləri yaydı

Dünya

07 Sentyabr 2025 19:39 709


ABŞ-nin Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) son peyk görüntülərinə əsasən, İranda Urmiya gölü geniş duz çölünə çevrilib və demək olar ki, tamamilə quruyub.

Yenisabah.az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.

Mütəxəssislər qurumanın əsas səbəblərini uzunmüddətli quraqlıq, iqlim dəyişikliyi, su anbarlarının tikilməsi və kənd təsərrüfatında həddindən artıq su istifadəsi ilə izah edirlər. pizza hut

Bildirilir ki, gölün yox olması ekosistemdə ciddi fəsadlara yol açıb. Alimlərin fikrincə, Urmiya gölü təbii balansını tam itirib və region ekoloji fəlakət astanasındadır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!