Urmiya gölündə ekoloji fəlakət: Ətraf kəndlər boşaldılır - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Urmiya gölündə ekoloji fəlakət: Ətraf kəndlər boşaldılır - Fotolar

Dünya

09 Oktyabr 2025 01:57 425


İranda Urmiya gölünün quruması ətraf kəndlərdə ağır sosial və ekoloji böhran yaradıb.

Yenisabah.az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.

Məlumata görə, bölgədəki əkinçilik sahələri artıq yararsız hala düşüb, duz fırtınaları səbəbindən onlarla kənd boşaldılıb və insanlar kütləvi şəkildə köçməyə məcbur olublar. pizza sifarişi

"Bir neçə qonşum artıq tənəffüs və xroniki xəstəliklərlə mübarizə aparır. Duzlu hava insan sağlamlığı üçün dözülməzdir", - deyə bölgə sakini bildirib.

Eyni zamanda, ətraf kəndlərdə xərçəng xəstəliyinin riski ilə bağlı xəbərdarlıq edilib.

Məsələyə hökumət də reaksiya verib. İranın birinci vitse-prezidenti Məhəmməd Rza Arif gölün dirçəldilməsini ölkənin "ən vacib məsələsi" adlandırıb.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!