“Uşağı tutan küçə iti olub, mən it saxlamıram” – Hüseynin atası

saytların hazırlanması

Evə çatdırılma

“Uşağı tutan küçə iti olub, mən it saxlamıram” – Hüseynin atası

Kriminal

23 Aprel 2019 15:39 1065


Binəqədi rayonunun Sulutəpə qəsəbəsində itin hücumuna məruz qalmış azyaşlı Hüseyn Məmişovla bağlı yeni məlumatlar yayılıb. Sosial şəbəkələrdə gedən müzakirələrdə uşağın üzünü parçalayan itin həmin ailəyə məxsus olduğu iddia edilib.

Məsələ ilə bağlı Hüseyn Məmişovun atası Qismət Məmişov açıqlama verib. O, deyilənlələri təkzib edib:

“Hadisə mənim həyətimdə baş verib. Amma it küçə iti olub, çəpərdən qəfil həyətə keçib. Hadisə yoldaşım o biri uşağı məktəbdən gətirəndə, evdə mətbəxə keçəndə anda baş verib. Hüseyn qonşu uşaqla çəpərin yanında oynayırmış, it də qəfildən çəpərdən keçib uşağın yanağından tutub sürüyüb. İt quduz olub, uşağı tutandan sonra da ölüb”. Toyuqlu pizza

Q.Məmişov övladının səhhətinin stabil olduğunu bildirib:

“Uşağın vəziyyəti stabildir. Ümid Allahadır. Mən övladımın dərdindəyəm, camaat iti müzakirə edir. Mən balalarımı güclə saxlayıram, it saxlamaq hayında deyiləm. Bilən də danşır, bilməyən də!”

Modern.az

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!