Uşaq bağçalarında bayram şənlikləri keçirildi - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Uşaq bağçalarında bayram şənlikləri keçirildi - Fotolar

Sosial

29 Dekabr 2019 09:30 1150


Paytaxt Bakı şəhərinin bütün məktəbəqədər təhsil müəsisələri və uşaq evlərındə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram şənlikləri təşkil olunub. 

Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat xidmətindən "Yeni Sabah"a daxil olan məlumata görə, bağçaların pedaqoji kollektivləri tərəfindən hazırlanmış şənliklərdə uşaqlar müxtəlif səhnəciklər nümayiş etdib, rəngarəng mahnılar və rəqslər ifa edərək, şeirlər söyləyib, öz məharətlərini göstəriblər. 

Şəniklərdə qeyd olunub ki, Müstəqil Azərbaycan dövlətinin qurucusu olan Heydər Əliyev uşaqları sonsuz məhəbbətlə sevir, onlara böyük qayğı və diqqət göstərirdi. Azərbaycan körpələrinin sağlamlığı, onların yaxşı təhsil və tərbiyə alması, Vətən və xalq üçün gərəkli övlad kimi böyüməsi ümummilli liderin daim diqqətində olmuşdur. Ulu öndərin yaratdığı və nəsillər üçün miras qoyduğu ənənələr bu gün isə  Prezidenti İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva  tərəfindən uğurla davam etdirilir. Biz bu qayğını respublikamızda tikilərək körpə balaların istifadəsinə verilən saysız-hesabsız məktəb binalarından, uşaq bağçalarından aydın şəkildə görürük. Marqarita pizza

Şaxta baba, Qar qız və müxtəlif nağıl qəhrəmanlarının qonaq gəlməsi şənlikləri daha da canlandırıb. Körpə fidanların dilindən söylənilən ulu öndərə, Vətənə, xalqa, anaya, məktəbə, bağçaya və yeni ilə  həsr olunmuş şeirlər alqışlarla qarşılanıb. Tədbirlərin sonunda körpə fidanlara hədiyyələr verilib.

 

 

 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!