Uşaq evindən qaçan yeniyetmə tapıldı

saytların hazırlanması

Evə çatdırılma

Uşaq evindən qaçan yeniyetmə tapıldı

Hadisə

15 Yanvar 2024 10:25 449


Uşaq evindən qaçan 2010-cu il təvəllüdlü Cümşüd Elşad oğlu Ağayev tapılıb.

Yenisabah.az oxu.az-a istinadla xəbər verir ki, bu barədə Xətai rayonunda Lütfi Zadə küçəsi, 18 ünvanında yerləşən uşaq evinin müdiri Gülnarə Quliyeva danışıb.

O bildirib ki, uşaq Abşeron rayonundan tapılıb: “Ərazi üzrə polis bölməsi uşağı tapıb. Bizə məlumat verdilər. Uşaq buraya gətiriləcək”. pizza mizza

G. Quliyevanın sözlərinə görə, uşaq dünən günorta saatlarında yatmaq adı ilə otağa çəkilib, sonra ayaqyoluna girərək pəncərədən qaçıb. G.Quliyeva bildirib ki, yeniyetməni yanvarın 13-də anası uşaq evinə gətirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!