Uşaq hüquqları üzrə monitorinq sistemi təkmilləşdirilir

saytların hazırlanması

Evə çatdırılma

Uşaq hüquqları üzrə monitorinq sistemi təkmilləşdirilir

Hadisə

12 Yanvar 2021 14:35 787


Uşaq hüquqlarının həyata keçirilməsi vəziyyətinin monitorinqi və qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi nəzərdə tutulub.

Yenisabah.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin köməkçisi Fərid Ədilov deyib.

Onun sözlərinə görə, “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planında uşaqlara qarşı zorakılıq hallarının öyrənilməsi məqsədilə statistik təhlillər aparılması, uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının fəaliyyətinin təkmilləşdirilməsi nəzərdə tutulur. Toyuqlu pizza

Bununla yanaşı, təhsildən yayınma hallarının qarşısının alınması məqsədilə nəzarətin gücləndirilməsi, uşaqların peşəyönümü meyillərini özündə ehtiva edən sorğuların hazırlanması və həyata keçirilməsi planlaşdırılır. (Trend)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!