Uşaq ölümünün əsas səbəblərindən biri də açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Uşaq ölümünün əsas səbəblərindən biri də açıqlandı

Hadisə

15 Oktyabr 2020 12:56 1004


Bu gün - 15 oktyabr Ümumdünya Əllərin Yuyulması Günüdür.

Yenisabah.az xəbər verir ki, həmin gün ilk dəfə 2008-ci ildə BMT Baş Assambleyası tərəfindən keçirilən “Sanitariya ili” çərçivəsində BMT-nin Uşaq Fondu tərəfindən elan olunub. Onun elan edilməsinə dəstək olaraq həmin gün dünyada 70-dən çox ölkədə 120 milyondan çox uşaq sabunla əllərini yuyub.

Əlbəttə, elə görünə bilər ki, əllərin yuyulması hər kəsin şəxsi işidir və hər kəs ona öz təmizkarlığı və tərbiyəsinə uyğun olaraq əməl edir. Digər tərəfdən, BMT-nin və Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssislərinin qeyd etdiyi kimi, dünya miqyasında yanaşılanda yuyulmamış əllərin problemi xoşagəlməz nəticələrə səbəb olur. Çirkli əllər vəba, virus pnevmoniyası, hepatit, qrip, difteriya, konyunktivit, qaşınma və müxtəlif göbələk xəstəliklərinə yoluxma riskini dəfələrlə artırır. pizza hut

“Çirkli əllər” Asiya və Afrika ölkələrində uşaq ölümünün yüksək faizinin əsas səbəblərindən biridir. UNICEF-in məlumatına görə, “çirkli əllər xəstəliyi” adlandırılan ishaldan hər gün beş min uşaq ölür. Halbuki onlara yeməkdən əvvəl və tualetdən çıxdıqdan sonra əllərini sabunla yumağın öyrədilməsi həmin ölümlərin sayını dəfələrlə azalda bilərdi.

Əllərin adi yuyulması kimi sadə gigiyenik prosedur hər gün minlərlə uşağın həyatını xilas edə bilər. O yalnız zərərverici viruslar və infeksiyalarla orqanizmin yoluxmasının qarşısını almağa kömək etmir, həm də həyatımızı daha rahat, xoş və təhlükəsiz edir. İndiki pandemiya dövründə əllərin yuyulması proseduru xüsusilə aktualdır. Yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizədə əllərin mütəmadi yuyulması, təmiz saxlanılması, antiseptik vasitələrlə dezinfeksiya edilməsi bu infeksiyadan qorunmağın ən vacib üsullarından biridir. (Azərtac)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!