Uşaq Xəstəxanasının vəzifəli şəxsinə cinayət işi açıldı

saytların hazırlanması

Evə çatdırılma

Uşaq Xəstəxanasının vəzifəli şəxsinə cinayət işi açıldı

Maraqlı

14 Fevral 2023 12:42 744


Şəmkir Rayon Uşaq Xəstəxanasındakı qanunsuzluqlarla bağlı cinayət işi məhkəməyə göndərilib. 

Bu barədə Yenisabah.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. 

Bildirilib ki, “Şəmkir Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin tabeliyində olan Şəmkir Rayon Uşaq Xəstəxanasının vəzifəli şəxsi Arif Hacıyevin qanunsuz əməlləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.  pizza

İstintaq zamanı Arif Hacıyevin həmin xəstəxananın Həkim Məsləhət Komissiyasının sədri vəzifəsində işləyərkən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək daun sindromu olmayan şəxslərə qanunsuz əlillik dərəcələrinin təyin edilməsi üçün rəsmi sənədlərə yalan məlumatlar daxil etməsinə əsaslı şübhələr müəyyən edilib. 

Arif Hacıyevə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham elan edilib. 

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Şəmkir Rayon Məhkəməsinə göndərilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!