“Uşaqlar işləyib özlərinə ev alsınlar, mənə heç kim nəsə almayıb“

saytların hazırlanması

Evə çatdırılma

“Uşaqlar işləyib özlərinə ev alsınlar, mənə heç kim nəsə almayıb“

Şou

10 Avqust 2020 17:55 1116


Əməkdar artist Ədalət Şükürov karantindən bəhs edib. 

Yenisabah.az xəbər verir ki, Xəzər telekanalında yayımlanan  "5/5" proqramında qonaq olan ifaçı əvvəllər koronavirusa inanmadığını etiraf edib:

"Karantin heç kimə sərf etmir. Sabah toylar açılsa, əminəm ki, toya qonaqlardan yarıdan çoxu gəlməyəcək. Hamı qorxacaq. Əvvəl mən də inanmırdım ki, virus var. Çox istəyərdim restoranlar açılsın. Amma qaydalara əməl edilməlidir. Ən az iki-üç ay maska, spirtlə gəzməliyik”. pizza hut

O, toylar üçün darıxdığını bildirib:

“Mən də toylar üçün darıxmışam. Kim istəməz ki, şad gündə iştirak etsin. Müğənni dostlarım var, deyirik ki, adam lap istəyir pulsuz oxusun. Bizdə nə var üzdədir. Öz həyatımı yaşayan adamam, çətinliklər çox görmüşəm. Ömür çox qısadır, istəyirəm onu yaxşı keçirim. Çoxu deyir ki, övladıma ev, iş, elə-belə olsun... Həyatdır, uşaqlar işləyir. Proqramları var, işləsinlər özlərinə alsınlar. Mənə heç kim nəsə alıb verməyib".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!