Uşaqlar yoxa çıxdı, şəhər suya gömüldü -   ABŞ-ni ayağa qaldıran fəlakət

saytların hazırlanması

Evə çatdırılma

Uşaqlar yoxa çıxdı, şəhər suya gömüldü - ABŞ-ni ayağa qaldıran fəlakət

Dünya

05 İyul 2025 09:47 386


ABŞ-nin Orta Qərb bölgəsində baş verən güclü yağışlar genişmiqyaslı sel fəlakətinə səbəb olub. Fövqəladə Hallar Rəsədxanası və yerli polis idarələrinin məlumatına görə, fəlakət nəticəsində azı 13 nəfər həyatını itirib, 20-dən çox uşaq isə itkin düşüb.

Yenisabah.az BBC-ə istinadən xəbər verir ki, İllinoys, Kentukki, Ayova və Missuri ştatlarında bir sıra şəhərlər tamamilə su altında qalıb. Axtarış-xilasetmə işlərinə yüzlərlə könüllü və hərbçi cəlb olunub. Hadisə ilə bağlı fövqəladə vəziyyət elan edilib.

Sosial şəbəkələrdə valideynlər övladlarının fotolarını paylaşaraq onların tapılması üçün ictimaiyyətdən kömək istəyir. Yerli hakimiyyət orqanları itkin düşənlərin sayının artmasından narahat olduqlarını bildirib. Toyuqlu pizza

Hazırda bölgədə hava şəraiti dəyişkən olaraq qalır, növbəti günlərdə yeni yağışların olacağı proqnozlaşdırılır.

Rəvan Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!