Uşaqlara siqaret satan şəxslər barədə tədbir görüldü

saytların hazırlanması

Evə çatdırılma

Uşaqlara siqaret satan şəxslər barədə tədbir görüldü

Hadisə

13 Fevral 2024 21:25 824


Qubada azyaşlılara siqaret satan şəxslərin barələrində tədbir görülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Axar.az-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri tədbirlər nəticəsində bir neçə mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatları və spirtli içkilər satması faktları aşkar edilib.

Həmin satıcılar barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) inzibati tənbeh tədbiri tətbiq olunub. Toyuqlu pizza

Bu istiqamətdə tədbirlər davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!