Uşaqları Qarabağda ölən ermənilər Paşinyandan əl çəkmir

saytların hazırlanması

Evə çatdırılma

Uşaqları Qarabağda ölən ermənilər Paşinyandan əl çəkmir

Rəsmi

20 Sentyabr 2021 15:02 832


Ermənistanda etiraz aksiyaları davam edir. 

“Yeni Sabah” “Hraparak”a istinadədən bildirir ki, artıq bir neçə gündür, küçələrə toplanan çoxlu sayda vətəndaş sabah keçirilməsi planlaşdırılan "rəngarəng" tədbirlərə görə İrəvanın müxtəlif bölgələrində etiraz aksiyası keçirirlər. Vətəndaşlar sabahkı tədbirin ləğv edilməsi tələbində israrlıdırlar.

Qeyd edək ki, bu aksiyalar qardaşı 44 günlük müharibədə həlak olan Tat-Virabyanın rəhbərlik etdiyi yeni "Erməni Hərəkatı"nın təşəbbüsü ilə təşkil olunur. Pepperoni pizza

Bir neçə gün davam edən etirazlar zamanı çox sayda insan saxlanılıb. Etirazçılar hətta dünən gecə hökumət binasının yaxınlığında polislə qarşıdurma da yaşayıblar. Onlar bildirir ki, bir addım belə geri çəkilməyəcəklər və mübarizəni davam etdirəcəklər. Məlumata görə, etirazçılar gün saat 19:00-da eyni tələblə yenidən hökumət binasının qarşısında toplaşacaqlar.

Rafi Müslümov


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!