Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı əyləncəli tədbir təşkil edildi

saytların hazırlanması

Evə çatdırılma

Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı əyləncəli tədbir təşkil edildi

Sosial

02 İyun 2025 11:46 237


Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) uşaq və yeniyetmələrin bu idman növünə cəlb edilməsi yönündə mütəmadi təbliğat və təşviqat işləri həyata keçirir. Kütləviliyi təmin etmək məqsədi ilə aparılan işlər çərçivəsində federasiya Gənclər və İdman Nazirliyi ilə birgə 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı tədbir təşkil edib.

"Gənclik" metrosu yaxınlığında – “Dədə Qorqud” parkında keçirilən ictimai tədbirdə uşaq və yeniyetmələr üçün həvəskar qayıqlarda özünü sınamaq imkanı yaradılıb. Bu sınaq yürüşlərinə peşəkar müəllimlər nəzarət ediblər. 100-dən çox uşaq və yeniyetmə avarçəkmə qayıqları sürüblər. Tədbir paytaxt sakinləri tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası bu cür tədbirləri mütəmadi olaraq təşkil edir. Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!