Bir neçə gün öncə 1 aydır evdən qaçmış 15 yaşlı yeniyetmə polislər tərəfindən tapılıb. Dindirmə zamanı məlub olub ki, onun evdən qaçmasına səbəb atasının təcavüzünə məruz qalması olub. Bu Azərbaycanda baş vermiş ilk belə hadisə deyil. Belə ki, ölkəmizdə cinsi istismara məruz qalan uşaqların, yeniyetmələrin sayı son illər artıb. Bəzi hallarda bu istismar illər boyu davam edə bilir.
Bəs valideynlərin bundan xəbər tutmamasının səbəbi nədir? Uşaqları cəmiyyətdəki mənfi hallardan qorumaq üçün onlarla necə rəftar etmək lazımdır?
Bununla bağlı psixoloq Vəfa Əkbər “Yeni Sabah”a açıqlamasında bildirib ki, hər şeyin kökündəki problem valideyn və uşaq arasında duran “pərdə”dir. Sezar pizza
“Ümumiliyyətlə, mən valideynlərlə danışanda onlar qeyd edirlər ki, övladları ilə onlar arasında pərdə var və onlar böyüklərindən belə görüblər. Amma keçmiş nəsillə indiki nəsil arasında çox böyük fərq var. Keçmiş nəsil bu qədər informasiya bolluğunda deyildi, indiki nəsil kimi erkəndən hər şeydən məlumatlı olmayıb. Keçmiş nəsil indikilər kimi çevik, aktiv, özünü düzgün ifadə etmə bacarığına sahib olmayıb. O vaxt bir standart var idi - “ağıllı uşaq” və hamı bu tabloya uymalı idi.
İndi bəhs etdiyimiz “pərdə” valideyn və uşaq arasındakı böyük bir bariyerdir. Valideyn və övlad arasında bariyer varsa, o uşaq artıq çöldə, başqa bir yerdə güvən axtarır, sığınacaq axtarır. Cəmiyyətdə belə uşaqlar bir növ yem, qurban rolunu oynayır. Onlar həm psixoloji, həm də fiziki zorakılığa məruz qalırlar. Elə insanlar var ki, sırf belə uşaqları seçirlər. Belə insanlar bu uşaqlarla valideynlərin aşa bilmədiyi bariyerləri aşırlar və uşaqlarla öz aralarında inam yaradırlar. Sonra isə onlarda günah hisis yaradırlar ki, mən yeganə adamam ki, səni anlayıram, başa düşürəm. Artıq uşaq istər cinsi, istərsə də psixoloji istismara məruz qaldıqda günahkarlıq hissi olduğu üçün susur”.
Psixoloq bu məsələnin həllində ailələrin əhəmiyyətini xüsusi vurğulayıb:
“Çox vaxt o uşaqlar istismara məruz qalır ki, onların ailələri cəmiyyətin üzərində qurulub.Yəni uşağı olduğu kimi qəbul etməyib “o nə deyər, bu nə deyər” deyərək uşağı müqayisələrlə məhv edirlər. Ailə yalnız onun uğurlarına görə onu istəyirsə, artıq uşaq bunu başa düşəndə ailədən soyuyur”.
V.Əkbər özgüvən hissi güclü olmayan uşaqların da qurbana çevrilə bildiyini qeyd edib:
“Belə uşaqlarda özgüvən az olur. Buna görə də elə uşaqlar valideynlərinə daima etiraz edirlər. Valideyn nə deyirsə desin, artıq valideynin sözü uşağa keçmir. Diqqətlə baxsaq görərik ki, sanki bir növ valideyni cəzalandırır. Ailə sirlərini başqalarına əks etdirməyə başlayırlar. Bir sözlə, uşaq valideynin əksi olacaq hər şeyi edirsə, artıq valideyn anlamalıdır ki, bu sistemdə düzgün olmayan şeylər var. Uşaqlar bəzən qurban obrazında da ola bilərlər. Bu uşaqlar çox passiv, sakit, ağlağan, yəni melanxonik tiplərdir”.
Sabrina
Telegram kanalımız