ÜST bu vaksini təcili istifadə üçün təsdiqlədi

saytların hazırlanması

Evə çatdırılma

ÜST bu vaksini təcili istifadə üçün təsdiqlədi

Dünya

12 Mart 2021 23:43 1457


Ümumdünya Səhiyyə Təşkilatı “Johnson & Johnson” tərəfindən koronavirusa qarşı istehsal olunan ilk tək dozluq vaksini təcili istifadə üçün təsdiqləyib.

Yenisabah.az xəbər verir ki, ÜST vaksinin bütün ölkələrdə təcili istifadə və koronavirus vaksininə bərabər əlçatanlıq təmin etməyi hədəfləyən qlobal təşəbbüs olan COVAX vasitəsilə dünya miqyasında yayılmasına icazə verib.

“COVID-19-a qarşı yaradılan hər yeni, etibarlı və təsirli vaksinlə pandemiyanı nəzarətdə saxlamağa bir addım da yaxınlaşırıq”, - ÜST-ün baş direktoru Tedros Adanom Qebreyesus keçirdiyi mətbuat konfransında deyib. pizza sifarişi

O qeyd edib ki, ÜST COVAX üçün 500 milyon doz "Johnson & Johnson" peyvəndi tədarük edib. /Qafqazinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!