ÜST maska taxma qaydalarını sərtləşdirdi

saytların hazırlanması

Evə çatdırılma

ÜST maska taxma qaydalarını sərtləşdirdi

Dünya

03 Dekabr 2020 01:53 1005


Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndəsi Margaret Harris insanları yalnız qapalı yerlərdə deyil, açıq havada da maska taxmağa çağırıb.

Yenisabah.az xəbər verir ki, Harris bildirib ki, təhlükəsiz məsafəni qorumağın mümkün olub-olmamasından asılı olmayaraq, kifayət qədər havalandırma olmayan yerlərdə maskalardan istifadə edilməlidir. Eyni zamanda, otaqlar yaxşı havalandırılsa belə, bir-birindən bir metr məsafəni saxlamaq mümkün deyilsə, şəxsi qoruyucu vasitələrdən istifadə etmək zəruridir.

ÜST-nin sərt tövsiyələri artıq açıq yerlərə də tətbiq olunur: əgər küçədə digər insanlarla məsafə saxlamaq mümkün deyilsə, maskadan istifadə edilməlidir. Toyuqlu pizza

Harris qaydaların bu dərəcədə sərtləşdirilməsini pandemiya dövründə ən ciddi qaydalardan biri olduğunu vurğulayıb.  /Qafqazinfo

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!