ÜST mütəxəssislərinə Çinə giriş icazəsi verilmədi

saytların hazırlanması

Evə çatdırılma

ÜST mütəxəssislərinə Çinə giriş icazəsi verilmədi

Dünya

06 Yanvar 2021 01:55 809


Çin hökuməti Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) koronavirusun mənşəyini öyrənmək üçün bu ölkəyə getməli olan mütəxəssislərinə lazımi icazə sənədlərini hələ də verməyib.

Yenisabah.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb. Məlumata görə, məsələ ilə bağlı ÜST-ün rəhbəri Tedros Adan Qebreyesus bildirib.

Daha əvvəl ÜST-ün mətbuat xidmətindən ekspertlər qrupunun Çinə yanvarda yola düşəcəkləri elan olunub. Dominos pizza

"Bu gün Çin səlahiyyətlilərinin heyətin ölkəyə girməsi üçün lazımi icazə sənədlərini hələ  də vermədiyini öyrəndik. Bu qrupun iki üzvünün artıq getdiyini, qalanlarının səfərini son anda təxirə saldıqlarını nəzərə alaraq bu xəbərdən çox məyus oldum", - deyə Qebreyesus söyləyib.

Onun sözlərinə görə, nüfuzlu Çin rəsmiləri ilə daha əvvəlki söhbətində bu missiyanın ÜST üçün əsas prioritet sayıldığını bildirmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!