Üzərində heroin və elektron tərəzi gəzdirən narkotacir tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Üzərində heroin və elektron tərəzi gəzdirən narkotacir tutuldu

Kriminal

26 May 2020 10:39 909


Astarada üzərində heroin və elektron tərəzi gəzdirən narkotacir saxlanılıb.

Bu barədə Yenisabah.az-a DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Ərçivan qəsəbəsinin sakinləri, əvvəllər məhkum olunmuş Ceyhun Nəsirov və İsrafil Nəsirov saxlanılıblar. Şəxsi axtarış zamanı C.Nəsirovun üzərində daşıdığı əl çantasından 13 qram narkotik vasitə heroin və bir ədəd elektron tərəzi, İ.Nəsirovdan isə bir bükümdə heroin aşkarlanaraq götürülüb.  Pepperoni pizza

Araşdırmalarla C.Nəsirovun narkotik vasitəni şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşından qaçaqmal yolu ilə əldə etdiyi və satışını təşkil etmək üçün üzərində gəzdirdiyi müəyyən edilib.

Faktla bağlı araşrdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!