Smartfon ekranlarına uzun müddət baxma ömrü azaldır.
Yenisabah.az xəbər verir ki, bu, ABŞ-da “Buck” İnstitutunun apardığı araşdırma nəticəsində məlum olub.
Alimlər iddia edir ki, telefon ekranına uzun müddət baxmaq həm gözlərə, həm də digər orqanlara zərər verir. Toyuqlu pizza
Mütəxəssislər meyvə milçəkləri üzərində apardığı araşdırmada ekran işığına daha az məruz qalanların daha uzun yaşadığını müəyyən ediblər.
Araşdırmaya rəhbərlik edən professor Pankac Kapahi deyib:
“Uzun müddət kompüter və telefon ekranlarına baxma və işıq çirkliliyinə məruz qalma gözdə nizamı pozur. İşıq gözün immunitetini zədələyir və görmə qabiliyyətindən əlavə, bədənin qalan hissələrinə və beyinə də zərər verir”.
Telegram kanalımız