Üzünüzü görməsək də sizi sevirik! - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Üzünüzü görməsək də sizi sevirik! - Fotolar

Sosial

20 Mart 2020 10:56 750


Koronavirus pandemiyasına görə İtaliya, Türkiyə və digər ölkələrdən təxliyyə olunan vətəndaşlar, xüsusən tələbələr karantində onlara xidmət edən dövlət qurumlarının əməkdaşlarına fərqli formada təşəkkür ediblər.

TƏBİB-in verdiyi xəbərə görə, onlar müxtəlif kağızlara təşəkkür qeydi yazaraq “görünməyənqəhrəmanlar” həştəqi ilə heyətə öz minnətdarlıqlarını bildiriblər. 

Xidmət heyəti xüsusi tibbi geyimdə olduqları üçün onların üzünü görmək, tanımaq mümkün deyil. Buna görə də karantində qalan vətəndaşlar həmin şəxsləri görünməyən qəhrəman adlandırırlar. Dördpendirli pizza

Onlar təcrid şəraitində olduqları üçün təşəkkürnamələrini yara bantları və müxtəlif əşyaların üzərindən qopardıqları yapışqanlı etiketlərlə qapıya yapışdırıblar. 

Sözügedən gözəgörünməz qəhrəmanlar isə Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, TƏBİB-in əməkdaşlarıdır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!