2019-cu ilin yanvarında sevgilisi Casim Ozan Çeltik tərəfindən üzü ağ neftlə yandırılan Berfin Özek onunla barışaraq ailə qurub.
Yenisabah.az "Hürriyet"ə istinadla xəbər verir ki, üzü tamamilə yanan və bir gözü görməyən Berfin hadisəni törədən sevgilisini bağışlayaraq onunla nikah masasına əyləşib.
“Qəsdən yaralama” maddəsi üzrə 13 il 6 ay həbs cəzası olan Ozan daha sonra Berfin tərəfindən bağışlanılaraq azadlığa buraxılmışdı. pizza mizza
Ozan Berfinin üzünə 1,5 litr ağ neft tökmüşdü. Berfin müsahibələrində sonadək mübarizə apacağını, onu heç vaxt bağışlamayacağını desə də, daha sonra fikrindən daşınıb.
Berfinin Ozanla ailə qurmasına etiraz edənlərlə yanaşı, sosial şəbəkələrdə dəstək verənlər də olub.
Telegram kanalımız