“Vacib islahatlara start verilib” - Mehriban Əliyeva

saytların hazırlanması

Evə çatdırılma

“Vacib islahatlara start verilib” - Mehriban Əliyeva

Siyasət

30 Mart 2019 00:51 846


“2019-cu il Azərbaycan üçün uğurla başlayıb”. 

“Yeni Sabah” xəbər verir ki, bunu Birinci vitse-prezident Mehriban Əliyeva Bakıda diplomatik missiya rəhbərlərinin həyat yoldaşları ilə görüşdə deyib. 

M. Əliyeva bildirib ki, ölkəmizdə həm iqtisadi sahədə, həm sosial sahədə çox vacib islahatlara start verilib: “Bu gün atılan bütün addımlar Azərbaycanın gələcək uğurlu inkişafını təmin edəcək. pizza mizza

Çox xoş haldır ki, ölkəmizdə xarici səfirliklərin sayı artmaqdadır. Bu gün Azərbaycanda 65 diplomatik nümayəndəlik, 13 beynəlxalq təşkilat və 4 baş konsulluq fəaliyyət göstərir. Təmsil etdiyiniz ölkələrlə Azərbaycan qarşılıqlı maraq və hörmət əsasında əməkdaşlıq qurub və bu əlaqələr inkişaf etdirilir. Bu gün Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınır”.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!