Azərbaycan millisinin sabiq futbolçusu Vadim Vasilyev sosial şəbəkə hesabından ictimaiyyətdən yardım istəməsinə aydınlıq gətirib.
Yenisabah.az Report-a-istinadla xəbər verir ki, 51 yaşlı hücumçu müalicəsinin davamı üçün bu addımı atdığını bildirib. "Hara gedirsənsə, pul lazımdır. Fizioterapiya qalıb. Xəstəxanaya getməliyəm".
Keçmiş forvard müraciətindən sonra AFFA-nın və hansısa klubun onunla əlaqə saxlamadığını söyləyib: "Sadəcə, ictimaiyyətdən müalicəmin davamı üçün kömək istəyirəm. Səhhətim hələlik normaldır. Gəzirəm, hərəkətlər edirəm". Dördpendirli pizza
Qeyd edək ki, Vadim Vasilyev 1999-2003-cü illərdə Azərbaycan yığmasında çıxış edib və 33 oyunda 2 qol vurub. O, daha əvvəl insult keçirdiyi üçün xəstəxanaya yerləşdirilmişdi.
Telegram kanalımız