Vahid Əhmədov: “Nərimanovun xidmətləri olmasaydı, o heykəl qoyulmazdı…”

saytların hazırlanması

Evə çatdırılma

Vahid Əhmədov: “Nərimanovun xidmətləri olmasaydı, o heykəl qoyulmazdı…”

Maraqlı

03 Aprel 2023 14:19 904


“Nəriman Nərimanovun heykəlinin götürülməsi addımını atmağa ehtiyac yoxdur. Çünki Nərimanov dövlət xadimi olub. Kifayət qədər xidmətləri var. Xidmətləri olmasaydı, o heykəl qoyulmazdı ki. Nərimanovun dövrü ilə indiki dövr tamamilə başqadır. Ona görə də ucdantutma hamını qaralamaq... Mən belə şeyləri qəbul etmirəm. Nərimanov kifayət qədər ziyalı, yerində olan adam idi. Naxçıvanda heykəli götürülsəydi, bunu müsbət qarşılamazdım”. 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov deyib.

V.Əhmədov Nərimanov rayonunun adının dəyişdirilməsini, bu rayona Heydər Əliyev adının verilməsini tələb edənlərə isə belə cavab verib: “Bilirsiniz, insanları bu qədər kiçiltmək olmaz axı. Heydər Əliyev böyük dahi şəxsiyyətdir. Yeganə azərbaycanlıdır ki, SSRİ-yə rəhbərlik edənlərdən biri olub. İndi götürək Nərimanov rayonunun adını Heydər Əliyevlə əvəz edək? Bunu mümkün hesab etmirəm. O qədər belə şeylər deyirlər ki. Hər deyilən həqiqət deyil. Belə bir qərarın verilməsi üçün dövlət başçısı, dövlət orqanları var. Onlar bu işlə məşğuldurlar, lazım olanda qərar verirlər”.  Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!