Vahid Ələkbərov 3,92 milyard dollar zərərə düşdü

saytların hazırlanması

Evə çatdırılma

Vahid Ələkbərov 3,92 milyard dollar zərərə düşdü

İqtisadiyyat

01 Avqust 2022 23:28 2196


Rusiyanın ən varlı iş adamlarının sərvəti 2022-ci ilin əvvəlindən 60,25 milyard dollar azalıb.

Yenisabah.az xəbər verir ki, 2022-ci il avqustun 1-nə olan məlumata görə, sərvəti 8,2 milyard dollar azalaraq 20,6 milyard dollara düşən “Severstal”ın Direktorlar Şurasının sədri Aleksey Mordaşov Rusiyanın ən “yoxsullaşmış” milyarderləri siyahısına başçılıq edir.

“Bloomberg” Milyarderlər İndeksinə görə, ilin əvvəlindən “Novatek”in sədri Leonid Mixelson 5,73 milyard dollar itirərək, sərvəti 26,7 milyard dollara qədər azalıb. NLMK sədri Vladimir Lisin 5,5 milyard dollar yoxsullaşıb və hazırda sərvəti 22,5 milyard dollar təşkil edir. pizza mizza

Həmçinin, il ərzində “Lukoyl”un eks-prezidenti Vahid Ələkbərov 3,92 milyard dollar itirib. Onun sərvəti 2022-ci ilin əvvəlinə olan məlumata görə 17,8 milyard dollar qiymətləndirilib.Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!