Vahid Ələkbərov ən varlı rusiyalılar siyahısında birincidir

saytların hazırlanması

Evə çatdırılma

Vahid Ələkbərov ən varlı rusiyalılar siyahısında birincidir

Dünya

01 Aprel 2025 17:57 267


“Forbes”in dünya reytinqində rusiyalı milyarderlərin sayı yeni tarixi rekorda çatıb.

Yenisabah.az cxəbər verir ki, dünyanın ən zəngin iş adamları siyahısına 146 rusiyalı daxildir; reytinqdə əvvəlki rekord 2024-cü ildə qeydə alınıb - 125 nəfər.

Ən varlı rusların ümumi sərvəti də bir il ərzində yeni tarixi maksimuma - 625,5 milyard dollara çatıb. Rusiyalı iş adamları arasında siyahının lideri bir il ərzində sərvəti 28,7 milyard dollara yüksələn “Lukoyl”un təsisçisi Vahid Ələkbərov olaraq qalır. pizza mizza

Onun ardınca kapitalı 28,6 milyard dollar dəyərində qiymətləndirilən "Severstal"ın təsisçisi Aleksey Mordaşov gəlir. Üçüncü yeri “Novatek”in rəhbəri Leonid Mixelson (28,4 milyard dollar) tutub.

Reytinqdə növbəti yerdə NLMK Direktorlar Şurasının sədri Vladimir Lisin (26,5 milyard dollar) qərarlaşıb. İlk beşliyi Norilsk Nikel şirkətinin prezidenti Vladimir Potanin (24,2 milyard dollar) tamamlayır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!