Vahid Əliyev xəstəxanaya yerləşdirildi   - SON VƏZİYYƏTİ

saytların hazırlanması

Evə çatdırılma

Vahid Əliyev xəstəxanaya yerləşdirildi - SON VƏZİYYƏTİ

Mədəniyyət

04 Aprel 2025 23:56 4536


Səhhətində problemlər yaranan tanınmış aktyor, Əməkdar artist Vahid Əliyev xəstəxanaya yerləşdirilib.

Yenicag.az-a açıqlama verən Əməkdar artist 4 gündür ki, sistemlər olunduğunu bildirib:

"Qar yağandan sonra soyuqladım və immunitetim zəiflədi. Təngnəfəslik yarandı və məcbur qalıb xəstəxanaya yerləşdim. Mütəmadi sistemlər olunur. Hələ bir müddət xəstəxanada qalmalı olacağam. Həkimlər deyir ki, tam sağalmamış səni buraxan deyilik. 2023-cü ildə açıq ürək əməliyyatı olunmuşdum. Onun fəsadları hələ də qalır. Bir yandan da yaşadığım stresslər məni lap haldan saldı. Məndən neçə il sonra sənətə gələnlər Xalq artistidir, amma mən hələ də halal haqqım olan zəhmətimin bəhrəsini dadmamışam. Aldığım təqaüd dərmanlarımın yarısını almağa bəs eləmir. Fikir, sıxıntı, səhnədən uzaqlaşmağım məni çökdürdü". Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!